Dostum Kitab
Ana səhifə

İstifadə şərtləri

Saytdan istifadə edərək aşağıdakı şərtlərlə razılaşmış olursunuz.

Son yenilənmə: 8 noyabr 2026

Ümumi

Dostum Kitab Bakıda fəaliyyət göstərən onlayn kitab mağazasıdır. Saytda sifariş verməklə bu şərtləri qəbul etmiş olursunuz.

Qiymətlər və stok

Qiymətlər Azərbaycan manatı ilə göstərilir və ƏDV daxildir. Stok məlumatı real vaxtda yenilənir; stokda olmayan kitabın çap nüsxəsi sifariş edilə bilməz.

Sifariş və ödəniş

Sifariş saytda verilir və WhatsApp vasitəsilə bizə göndərilir: hər sifarişə nömrə verilir, mesajı aldıqdan sonra sizinlə əlaqə saxlayıb sifarişi təsdiqləyirik. Ödəniş kitabları təhvil alarkən — kuryerə və ya mağazada nağd və ya POS terminalı ilə — edilir. Saytda kart məlumatı istənmir.

Stok və ya qiymətlə bağlı xəta aşkar olunarsa, sizinlə əlaqə saxlayıb sifarişi təsdiqləyəcək və ya ləğv edəcəyik.

Çatdırılma və qaytarma

Çatdırılma müddətləri və qiymətləri Çatdırılma səhifəsində, kitabların qaytarılması və dəyişdirilməsi qaydaları Qaytarma səhifəsində göstərilib.

Hesab

Hesabınızın təhlükəsizliyinə siz cavabdehsiniz. Başqasının adından hesab yaratmaq və ya saytdan sui-istifadə qadağandır.

Əqli mülkiyyət

Saytdakı dizayn, mətnlər və loqo Dostum Kitaba məxsusdur. Kitab üz qabıqları və təsvirlər nəşriyyatların hüququdur.